Tacikistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. Görüşdə xalqlarımız arasında dostluq münasibətlərinin, dövlət başçılarının səfərlərinin, yüksək səviyyəli görüşlərin, imzalanmış sənədlərin, həmçinin, işgüzar əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. İqtisadiyyat naziri ölkəmizin Milli Prioritetləri, dayanıqlı iqtisadi inkişaf tədbirləri, təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal enerji layihələri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Tacikistanla sənayenin bir sıra sahələri, o cümlədən, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə, rəqəmsal ticarət, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirə aparıblar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib

200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib Görüşlərdə sahibkarlıq…
►►►
İqtisadiyyat / Biznes

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir Yeni dərs ilinin…
►►►
İqtisadiyyat / Biznes

Dövlət satınalmalarında orta iştirakçı sayı 6 faizədək artıb

Dövlət satınalmalarında orta iştirakçı sayı 6 faizədək artıb Bu ilin yanvar-iyul…
►►►