Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

Bildiyiniz kimi 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günüdür. Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.

Retrospektiv baxış müddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulmuşdur.

  1. “Arşın  mal alan”

          Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.

         1945- ci il. Bakı kinostudiyası.

  • “Bəxtiyar”

         Rejissor: Lətif  Səfərov.

        1955- ci il. Bakı kinostudiyası.

  • “O olmasın,  bu olsun”

          Rejissor: Hüseyn Seyidzadə.

          1956-cı il. Bakı kinostudiyası.

  • “Ögey  ana”

        Rejissor: Həbib İsmayılov.

        1958-ci il. Bakı kinostudiyası.

  • “Uzaq sahillərdə”

         Rejissor: Tofiq Tağızadə.

        1958-ci il. Bakı kinostudiyası.

  • “Əhməd haradadır? ”

       Rejissor: Adil İsgəndərov.

        1963- cü il. “Azərbaycanfilm” k/st.

  • “Sehrli xalat”

        Rejissor: Əlisəttar Atakişiyev.

        1964- cü il. “Azərbaycanfilm” k/st.

  • “Bir cənub şəhərində”

       Rejissor: Eldar Quliyev.

         1969-cu il. “Azərbaycanfilm” k/st.

  • “Bizim Cəbiş müəllim”

       Rejissor: Həsən Seyidbəyli.           

        1969-cu il. “Azərbaycanfilm” k/st.

  1.  “Şərikli çörək”

        Rejissor: Şamil Mahmudbəyov.

        1969-cu il. “Azərbaycanfilm” k/st.  

  1.  “Axırıncı aşırım”

       Rejissor: Kamil  Rüstəmbəyov.

       1971-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Gün keçdi”

         Rejissor: Arif Babayev.

          1971-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Nəsimi”

        Rejissor: Həsən  Seyidbəyli.

        1973-cü il. “Azərbaycanfilm” k/st.

  1.  “Əzablı yollar”

         Rejissor: Tofiq İsmayılov.

          1982-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Evlənmək istəyirəm”

         Rejissor: Cahangir Mehdiyev

        1983-cü il. “Azərbaycanfilm” k/st.

  1.  “Bəyin oğurlanması”

         Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.

        1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Cin mikrorayonda”

       Rejissor: Oqtay Mirqasımov.

       1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Atları yəhərləyin” 

         Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.

        1985-ci il. “Azərbaycanfilm” k/st.

  1.  “Süd dişinin ağrısı”

          Rejissor: Hüseyn Mehdiyev.

         1987-ci il. “Azərbaycanfilm” k/st.

  •  “Yaramaz”

        Rejissor: Vaqif Mustafayev.

       1988-ci il. “Azərbaycanfilm” k/st.

  •  “Ölsəm… bağışla”

         Rejissor: Rasim Ocaqov.

        1989-cu il. “Azərbaycanfilm” k/st.

Qeyd etmək istərdik ki, giriş sərbəstdir.

“CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir.

Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.