Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının qalibi elan olunub

Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə 7-11 avqust tarixlərində “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatı keçirilib.

Çempionatın A qrupunda “Zəngəzur FK”, “Sahil FA”, “Baku Football Academy” və “AZART FK” komandaları,  B qrupunda isə “Junior Kids”, “Xəzər-Buzovna”, “EFA” və “Education” komandaları qarşılaşıb.

Avqustun 7-si A qrupunda çıxış edən  “Zəngəzur FK”- “Azart  FK”  oyunu 4:13, “Sahil FA” – “Baku Football Academy” oyunu isə 6:2 hesabı ilə nəticələnib. B qrupunda çıxış edən  “Junior Kids” – “Education” oyununun hesabı 10:8, “Xəzər Buzovna” –  “EFA” oyununun hesabı isə 4:2 olub.

Növbəti gün, avqustun 8-i keçirilən oyunlarda A qrupunda  “Sahil FA”  – “Azart  FK”  oyunu 2:6,  “Zəngəzur FK” – “Baku Football Academy” oyunu isə 1:7 hesabı ilə nəticələnib.  B qrupunda isə “Xəzər Buzovna” oyunçuları  “Education” komandasını 6:3 hesabi ilə məğlub edib, “Junior Kids” –  “EFA” oyunu 2:13 hesabı ilə nəticələnib.

9 avqustda A qrupunda “Baku Football Academy” – “Azart  FK” oyunu 3:6, “Sahil FA” – “Zəngəzur FK” oyunu isə 9:2 hesabı ilə bitib. B qrupunda isə nəticələr belə olub: “Xəzər Buzovna”- “Junior Kids”  – 7:3,  “EFA” – “Education” – 14:0.

Avqustun 10-u yarımfinala çıxan “Azart FK” – “EFA” qarşıdurmasının nəticəsi 3:4, “Xəzər-Buzovna” – “Sahil FA” isə 3:4 olub.  3-cü yer uğrunda keçirilən oyunda  “Azart FK” ilə “Xəzər-Buzovna” oyunu  2:1 hesabı ilə nəticələnib və “Azart FK” 3-cü yerin qalibi elan olunub.

U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının final oyunu avqustun 11 keçirilib, oyun “EFA” komandasının 6 , “Sahil FA” komandasının isə 3 qolu ilə nəticələnib. Final mərhələsinin qalibi “EFA” komandası elan olunub.

Bundan başqa Çimərlik Futbolu Federasiyası nümayəndələrinin qərarına görə, Çimərlik Futbolu üzrə U-14 Yeniyetmələr arasında 2023-cü il Azərbaycan Çempionatının ən yaxşı oyunçu Yusif Orucəliyev (“EFA”), ən yaxşı qapıçı – Kənan Məmmədli (“Sahil FK”), 16 qol ilə fərqlənən ən məhsuldar oyunçu isə  Rəvan Məmmədov (“Azart FK”) elan olunub.

Əlaqədar məqalələr
City Life

Göksel Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Göksel Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi Türk pop musiqisinin…
►►►
City Life

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı “Nar” və…
►►►
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►