AccessBank Tovuzda

AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, sayca 31-ci filialını Tovuz şəhərində açıb. Yeni konseptsiya əsasında təmir edilən filial rayonun Aşağı Öysüzlü kəndində yerləşir.  

Tovuz filialında müştərilərə əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin və  ödəniş kartlarının təqdim edilməsi kimi bank xidmətləri təklif olunur.  

AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsini uğurla həyata keçirir. Son 3 ildə Bankın Binəqədi, Mərdəkan, Lənkəran filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir və Naxçıvan filiallarının isə açılışı reallaşdırılıb.

Layihəyə uyğun olaraq, digər mövcud filialların yeni konseptsiyaya uyğun təmir olunması və yeni filialların açılması nəzərdə tutulub.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 17-si bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►