“İş Klubu 13” layihəsinə qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən  “İş Klubu 13” layihəsinə qeydiyyat başlayıb.

Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər. İki həftə davam edəcək layihə müddətində peşəkar ekspertlər tərəfindən iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçiriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 29 Avqust 2023-cü il
Layihənin başlama tarixi:  04 Sentyabr  2023-cü il
Qeydiyyat linki:  https://forms.gle/uXATWbWztjSq42AD7

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►