VTB (Azərbaycan) ilk uşaq və gənclərin yaradıcılıq festivalının baş sponsoru oldu

VTB (Azərbaycan) Azərbaycanın xalq artisti Müslüm Maqomayevin doğum gününə həsr olunmuş uşaq yaradıcılığı festivalının baş sponsoru kimi çıxış edib. Festival Rusiyanın Bakıdakı səfirliyində Bank VTB (Azərbaycan)-ın maliyyə, muxtar qeyri-kommersiya təşkilatının «Analıq və Uşaqlara Dəstək Mərkəzi – “Həyat mənbəyi”» təşkilatı dəstəyi ilə keçirilib.

VTB (Azərbaycan) İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin festivalın açılışında çıxış edərək qeyd edib ki, Bank bu cür tədbirlərin keçirilməsi təşəbbüsünü alqışlayır və korporativ sosial məsuliyyəti çərçivəsində bundan sonra da əlilliyi olan uşaqlara dəstək olmaqda davam edəcək.

Sağlamlıq imkanları məhdud olan və autizmli uşaqlar üçün ilk inklüziv festival uşaqların və onların analarının yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, yaradıcılıq əlaqələrini genişləndirmək, əlverişli şərait yaratmaq məqsədi daşıyırdı.

Festival uşaqların çıxışları: mahnılar, şeirlər, rəqslər, instrumental ifalar, yaradıcılıq üzrə ustad dərsləri ilə keçirilib. Tədbirin sonunda onlara hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

Xatırladaq ki, bundan əvvəl VTB (Azərbaycan) idman meydançasında sənət əsərinin yaradılmasına yönəlmiş yeni unikal “Basketbol meydançasını sənət əsərinə çevirin” layihəsini dəstəkləmişdi. Qalib dizayn Red Bull Half Court beynəlxalq basketbol turnirinin bir hissəsi olacaq.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►