Qazax və Abşeronda keçirilən yarmarkalarda 275 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib. 

Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Qazaxda təşkil  edilən tədbirdə  Saloglu Mebel firması tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını həyata keçirdiyi “Venzana” mebel fabrikində yeni açılan iş yerləri üçün 100 vakansiya təqdim edilib.

Növbəti əmək yarmarkası Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Tədbirdə 22 müəssisə tərəfindən 175 iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.

Hər iki tədbirdə müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►