“MasterChef Türkiye”nin Azərbaycana həsr etdiyi buraxılışın tam versiyası yayımlanıb

Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin “TV8” telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb.

Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, Şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq üzrə yarışıblar.

Proqramda qonaq qismində iştirak edən ölkəmizin milli kulinariya və turizm təmsilçiləri yarışmaçılar tərəfindən hazırlanan yeməklərin dadına baxıblar, Azərbaycan təamları, onların hazırlanma texnikaları haqqında məlumat veriblər.

Həmçinin veriliş çərçivəsində Bakı şəhərinin, eləcə də Şuşanın füsunkar mənzələrindən kadrlar təqdim olunub, Azərbaycanın turizm potensialı zəngin olan bölgələri haqqında məlumat verilib.

Verilişin tam versiyasına baxmaq üçün linkə keçid etmək mümkündür:

https://youtu.be/tbb1-lSdWwY?si=EwX5PfX4HlDc-OuQ

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►