SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

Strateji yataqların karbohidrogen ehtiyatlarının “DeGolyer and MacNaughton” şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib. Əməkdaşlıq çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlanıldığı qeyd edilib.

Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlar və qarşılıqı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir 2025-ci ilin iyul ayının…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım

Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım: zəng edənin bank əməkdaşı…
►►►
İqtisadiyyat / Biznes

Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli!

Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli! Yelo Bank müştərilərinə…
►►►