İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bankın ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “Yaşıl enerji” zonasının yaradılması, enerji səmərəliliyi, bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında məlumat verilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►