Şamaxı Üzüm və Şərab Festivalına hazırlaşır

29-30 sentyabr və 1 oktyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Qeyd edək ki, 2019-cu ildə keçirilən ilk Üzüm və Şərab Festivalı günlərində şərabçılıqla bağlı müxtəlif tədbirlər –  şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdu. Festival ilk dəfədən yerli sakinlər və qonaqların böyük marağına səbəb olmuşdu.

Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli – zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar. Tədbirdə iştirak iTicket.az saytı vasitəsi ilə mümkündür.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►