“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən jurnalistlər üçün “Rəqəmsal transformasiyanı sürətləndirən xidmət və məhsullar” mövzusunda təlim keçirilib.

Təlimdə müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25 jurnalist iştirak edib. Tədbir zamanı “AzInTelecom”un əməkdaşları tərəfindən bulud həlləri, vahid nömrə satışı, mobil nömrədaşıma, elektron sənəd dövriyyəsi, onlayn ödəniş sistemi, SİMA rəqəmsal həllər platforması, telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması, mobil cihazların qeydiyyat sistemi və informasiya təhlükəsizliyi xidmətləri barədə çıxışlar olub.

Ümumilikdə interaktiv formada baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda jurnalistlər arasında test müsabiqəsi təşkil edilib. Təlimi uğurla başa vuran jurnalistlərə hədiyyələr təqdim olunub.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
Elm / Texnologiya

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir İnformatika sahəsində istedadlı…
►►►