Yelo Bank-da məktəblilər üçün maarifləndirici tədbir baş tutdu

Yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Yelo Bank və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərin yollarda təhlükəsizliyini təmin etmək məqsədilə önəmli layihəyə imza atıb. Belə ki, Dövlət Yol Polisi nümayəndələrinin iştirakı ilə Bankın Baş Ofisində əməkdaşların övladları üçün öyrədici təqdimat keçirilib. Bu təqdimat yol hərəkəti qaydalarına riayət etməyin, yol nişanlarını tanımağın, uşaqların piyada və gələcək sürücü kimi yaxşı hazırlıqlı olmalarının vacibliyini vurğulayırdı. Tədbirdə iştiraka edən hər bir uşağa sonda sertifikat, mövzu ilə bağlı maarifləndirici və əyləncəli hədiyyələr təqdim edildi. Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Müştəriyönümlü xidmətlərə diqqət yetirən Bank, həmçinin cəmiyyətimizin rifahı üçün ardıcıl sosial tədbirlər həyata keçirir. Bank bundan sonra da gələcəyimiz olan uşaq və gənclərə dəstək layihələrini davam etdirəcək.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb 2026-cı ilin ilk altı…
►►►
City Life

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi…
►►►
City Life

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı Azercell-in…
►►►