“Azərbaycan-Belarus: investisiyalar, ticarət və logistika” mövzusunda seminar keçiriləcək

Noyabrın 2-də Bakıda Belarusun ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycan – Belarus: investisiyalar, ticarət və logistika” mövzusunda seminar təşkil olunacaq.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, seminarın keçirilməsində məqsəd Belarus və Azərbaycan biznesləri arasında qarşılıqlı fəaliyyətin ortaq nöqtələrini axtarmaqdır.

Tədbirdə Belarus tərəfdən iri istehsal və logistika şirkətlərinin, maliyyə və konsaltinq və digər təşkilat rəhbərlərinin iştirakı gözlənilir.

Azərbaycan biznesinin nümayəndələri Belarusla qida, maşınqayırma, kimya və s. sahələrdə ixrac/idxal/kooperasiya üzrə əməkdaşlıqda maraqlı olduqlarını təsdiq ediblər.

Seminarın natiqləri investisiya potensialı, istehsalın lokallaşdırılması, logistika və tikinti mövzuları üzrə təqdimatlarla çıxış edəcəklər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►