Moldova Azərbaycanın bərpa olunan enerji sahəsinə investisiyalarında maraqlıdır

Moldova böyük bərpa olunan enerji parklarının yaradılması üzrə ilk hərracları keçirmək niyyətindədir və Azərbaycandan potensial investorları gözləyir.

Bu barədə “Report”a müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

“Biz bu sahədə qabaqcıl təcrübənin tətbiqində maraqlıyıq və hətta Azərbaycandan potensial investorları gözləyirik. Biz həmçinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Gürcüstan və Azərbaycandan “yaşıl enerji” idxalında maraqlıyıq”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, Moldovanın Enerji Effektivliyi Agentliyi bu sahədə əməkdaşlığı genişləndirmək üçün Azərbaycanın müvafiq qurumu ilə anlaşma memorandumu imzalamağa hazırlaşır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən....

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar vahid məkanda....

Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər Cari ilin I…
►►►
İqtisadiyyat / Biznes

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST”…
►►►