Sahibkarlar Küveytdə keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

Növbəti ilin 4-7 fevral tarixində Küveytdə 14-cü Yaxın Şərq Beynəlxalq İxtiralar Sərgisi (IIFME) keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

Küveyt Elm Klubunun təşkilatçılığı ilə keçiriləcək IIFME 2024 Yaxın Şərqdə ən böyük ixtisaslaşmış ixtira və innovasiyalar sərgisidir və dünyanın ikinci ən əhəmiyyətli beynəlxalq sərgisi hesab olunur. Tədbirdə qalib ixtiraların müəlliflərinə 50 min ABŞ dolları dəyərində mükafat nəzərdə tutulub. Qeyd edək ki, builki sərgi 15 minə yaxın iştirakçı ilə keçirilib.

IIFME 2024 sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: sanan.saftarov@azpromo.gov.az
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 29)
Mob.: (+994 50) 739 95 38
Əlaqələndirici şəxs: Sənan Səftərov.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►