Məşğulluq sahəsində Sloveniya ilə əməkdaşlıq ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Sloveniya Respublikasının Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planı imzalanıb.

Fəaliyyət Planını Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Sloveniya Məşğulluq Xidmətinin direktor vəzifəsini müvəqqəti icra edən Qreta Metka Barbo Skerbink imzalayıb.

Görüşdə M.Abbasbəyli Azərbaycanla Sloveniya arasında ikitərəfli əlaqələrdən bəhs edib, əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə qısa məlumat verib.

Qreta Metka Barbo Skerbink rəhbərlik etdiyi qurumun xidmətlərindən danışıb, Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib.

Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan və 2023-2024-cü illəri əhatə edən Plan aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğunun təmin edilməsi, eləcə də peşə hazırlığını başa vurmuş işsizlərin məşğulluq imkanlarının genişləndirilməsi mövzuları üzrə informasiya mübadiləsi və əməkdaşlığı əhatə edəcək.

Əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıq səfərlərinin, eləcə də onlayn tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►