AZPROMO “Çin şirkətləri və məhsulları” sərgisinin açılışında iştirak edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Bakıda keçirilən “Çin şirkətləri və məhsulları” sərgisinin açılış mərasimində təmsil olunub.

“Shanghai Kanchen Exhibition Co.” və “International Club of Manufacturers, Exporters and Importers” tərəfindən Azərbaycanda artıq ikinci dəfədir təşkil olunan “Çin şirkətləri və məhsulları” sərgisində 80-dən çox Çin şirkətinin nümayəndələri iştirak edir.

Açılış mərasimində çıxış edən Çinin Azərbaycandakı Səfirliyinin iqtisadi-ticarət məsələlər üzrə müşaviri Ma Çi ölkəsinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Çinin Azərbaycandakı Səfirliyinin nümayəndələri çıxış ediblər.

Sərgi 28-30 sentyabr tarixlərində fəaliyyət göstərəcək.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən! Zinət…
►►►
İqtisadiyyat / Biznes

"Hər işdə birinci qadınlar"

“Hər işdə birinci qadınlar” Bayram alış-verişiniz qadın sahibkarların…
►►►