Yelo Bank təmiz Xəzər naminə ekoloji aksiya keçirib

Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Novxanı çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə 3 tona yaxın tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.

Yelo Bank yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına xüsusi önəm verir. Artıq ənənə halını almış bu ekoloji aksiyanın əsas məqsədi milli sərvətimiz olan Xəzəri qorumaq, təbiətə qarşı məsuliyyət və qayğı hisslərini aşılamaqdır. Aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.

Bank xidmətləri, eləcə də mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►