Mərkəzi Bankın valyuta ehtiyatlarında artım qeydə alınıb

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 2 108,0 milyon ABŞ dolları və ya 27,5 faiz artaraq 9 775,3 milyon dollar təşkil edib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayına nisbətdə isə sentyabrda valyuta ehtiyatlarında 4,4 faiz və ya 410,9 milyon dollar artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib Ölkənin birinci…
►►►