Türkmənistanla ticarət dövriyyəsi 2,7 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 406,1 milyon ABŞ dolları və ya 2,7 dəfə artaraq 644,7 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Türkmənistana 56,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 44,48 milyon dollar və ya 4,6 dəfədən çoxdur.

Türkmənistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,6 dəfə və ya 361,68 milyon dollar artaraq 588,14 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkmənistanla ticarətin payı 1,81 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 1,14 faiz bəndi üstələyir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən! Zinət…
►►►
İqtisadiyyat / Biznes

"Hər işdə birinci qadınlar"

“Hər işdə birinci qadınlar” Bayram alış-verişiniz qadın sahibkarların…
►►►