“Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından da yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək.

Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də “Azərkosmos”a dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►
Elm / Texnologiya

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir İnformatika sahəsində istedadlı…
►►►
Elm / Texnologiya

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak…
►►►