Hərracda avtomobilə təklif olunan son qiymət start qiymətindən 3,3 dəfə çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 68 sifariş qəbul edilib.

Dövlət Xidmətinin məlumatına görə, hərrac rəqabətli olub. Belə ki, “Kia Sorento” markalı avtomobilin start qiyməti 9.000 manat olsa da, son təklif 30.000 manata yüksəlib. Start qiyməti 8.000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 19.000 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35wQDn linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərrac oktyabr ayının 10, 17, 24 və 31-i tarixlərində keçiriləcək. Hərraclara 7 səhmdar cəmiyyətinin səhm paketi, 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 90 nəqliyyat vasitəsi çıxarılacaq.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►