Latviya ilə ticarət dövriyyəsi 68 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 17,76 milyon ABŞ dolları və ya 68,1 faiz artaraq 43,8 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Latviyaya 30,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 16,96 milyon dollar və ya 2,27 dəfədən çoxdur.

Latviyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 6,2 faiz və ya 800,4 min dollar artaraq 13,6 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Latviya ilə ticarətin payı 0,12 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,05 faiz bəndi üstələyir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi…
►►►
İqtisadiyyat / Biznes

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək AZCON Holding şirkətlərindən olan…
►►►
İqtisadiyyat / Biznes

Bu ilin yanvar ayında 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar ayında 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı…
►►►