Azər Zeynalovun “Bir son bahar” adlı solo konserti baş tutacaq

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun solo konserti baş tutacaq.
Konsertlərini yalnız ifasında olan mahnıların adı ilə adlandıran sənətçi bu dəfədə ənənəyə sadiq qaldı. Sözləri Nigar Rəfibeylinin, musiqisi Faiq Sucəddinovun  ” Bir son bahar” mahnısı həm dinləyicilər tərəfindən çox sevilir, həm konsert  payız fəslinə təsadüf etdiyinə görə çox uyğun gəlir.

Gecədə Azər Zeynalov öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq. Sevilən, artıq sənətçinin vizit kartına çevrilən mahnılarla yanaşı, konsertə yeni ifalarda təqdim olunacaq.

Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
City Life

Göksel Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Göksel Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi Türk pop musiqisinin…
►►►
City Life

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı “Nar” və…
►►►