Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində seminar keçirilib

Energetika Nazirliyində 23-24 oktyabr tarixlərində Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “Yaşıl enerjiyə keçidin təşviqi, təkmilləşdirilmiş qanunvericilik əsasında istehlakçılara əlavə imkanların verilməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə “EU4Energy” proqramının nümayəndəsi xanım Xatuna Didbaridze, Malta təmsilçisi Manuel Manuzzi, Macarıstan təmsilçisi Armin Böhm və Yunanıstan təmsilçisi Athanasios Volikas tərəfindən təqdimatlar nümayiş olunub.

Təqdimatçılar adıçəkilən ölkələrdə enerji istehsalının optimallaşdırılması, enerji effektivliyi, enerji auditi və auditin əhatə etdiyi mühüm kriteriyalar, bununla bağlı öhdəliklər və onların pozulmasına görə cərimələr, bu sahədə dövlətin rolu, səmərəlilik konsepsiyası, binalarda enerji effektivliyi, Avropa ölkələrində enerji səmərəliliyinə investisiya qoyuluşu, enerji səmərəliliyi ilə bağlı qəbul edilən təlimatlar, enerji menecment sisteminin tətbiqi, enerji effektivliyi tədbirlərinin təşviqi,  2030-cu il üçün enerji və iqlim siyasəti məqsədləri, qarşıya qoyulan hədəflər barədə öz təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.

Seminarda, həmçinin ölkəmizdə enerji səmərəliliyi üzrə öhdəliklər, enerji effektivliyi potensialının müəyyən edilməsi proseduru və qiymətləndirmə meyarları üzrə qanunvericilik bazası, eyni zamanda enerji audit sistemi ilə bağlı ətraflı məlumat təqdim olunub. Məcburi enerji auditinin aparıldığı müəssisələr və binalar, öhdəliklərin pozulması zamanı tətbiq olunan cərimələr və s.  ilə əlaqədar seminar iştirakçılarını maraqlandıran digər suallara cavab verilib.

Seminarda Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak ediblər.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►