Halil Sezai Bakıda konsert proqramı ilə çıxış etdi

İfaları ilə  milyonların qəlbini fəth etmiş tanınmış türkiyəli  sənətçi Halil Sezai 28 oktyabrda Bakıda, Hayal Kahvesinin səhnəsində sevənlərinin qarşısında çıxış etdi.

Halil Sezai – türk aktyor və müğənnidir. Əsli Bolqarıstanın Pazarcık vilayətinin Paracık kəndindəndir və  soyadını oradan götürüb. 2003-cü ildə Əskişəhər Atatürk Liseyini və Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 2012-ci ildə Kral TV Musiqi Mükafatlarında “Ən yaxşı sənətçi” mükafatını aldı.
Qeyd edək ki, bu, Sezainin ölkəmizə ilk səfəri deyil. O, bundan əvvəl də bir neçə dəfə paytaxtımızda konsert verib.
“Hər kəsi salamlayıram. 10 il ərzində Bakıya dəfələrlə gəlmişəm. Buradakı qarşılama elə yaxşıdır ki, adam özünü evindəki kimi hiss edir. Bakını çox sevirəm”.
Sənətçi mahnılarının hüzünlü olmasının səbəbinidə açıqladı:“Hər şeyə hüzünlü tərəfindən baxıram. Bu, mənim içimdən gəlir.  Nə qədər çabalayıram ki, enerjili mahnılar ifa edim, insanları coşdurum. Lakin alınmır. Həyatımdakı kədər mahnılarıma yansıyır. Həyata qarşı üsyankar deyiləm”.
Hayal Kahvesinde baş tutmuş konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı. Konsertde Halil Sezainin ” Olsun”, “Paramparça”, “Sonbahar” , “İsyan” ve s xitləri səsləndi.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►
İncəsənət / Dəb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi…
►►►