Dubay Beynəlxalq Palatası ilə görüş keçirilib

AZPROMO və Dubay Beynəlxalq Palatası arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dubay Beynəlxalq Palatasının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə tərəflər birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar. Bildirilib ki, ticarət, investisiya, nəqliyyat-logistika sektorlarında tərəfdaşlığın intensivləşdirilməsi və yeni biznes imkanlarının öyrənilməsi üçün geniş perspektivlər mövcuddur.

Qeyd edilib ki, Azərbaycan şirkətlərinin növbəti il Birləşmiş Ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında və Dubay şəhərində keçiriləcək “Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə iştirak etməsi, BƏƏ şirkətlərindən ibarət nümayəndə heyətinin isə 2024-cü ildə Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.

Görüşdə Dubay şirkətləri ilə üçüncü ölkələrdən Azərbaycana investisiyaların yatırılması istiqamətində birgə işlərin görüləcəyinə dair razılıq əldə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►