Bazar araşdırmasının aparılmasına dəstək üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər

Daxili bazar araşdırması sahibkara sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, rəqiblər, lazım olan sənədlər, dövlət dəstəyi tədbirləri, istehlakçıların fikirləri və digər məlumatlar verir.

Sahibkarlıq fəaliyyətini genişləndirmək, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri müvafiq sahədə daxili bazarın araşdırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bunun üçün KOB-lar Agentliyin www.smb.gov.az internet saytındakı müvafiq ərizə formasını dolduraraq birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, istehsalın genişləndirilməsi, yeni məhsul və xidmətlərin yaradılması zamanı bazarın araşdırılması vacibdir. Bazar araşdırması sahibkara bazarın mövcud vəziyyəti, o cümlədən sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə dolğun məlumat verir. Bu isə biznesə başlamaq, yeni məhsul və xidmət istehsal etmək istəyən sahibkara bazar barədə ətraflı məlumat verməklə, onu sonradan yarana biləcək risklərdən sığortalayır. KOB-ların bazar araşdırmasının aparılmasına çəkdikləri xərcin bir hissəsi dövlət dəstəyi hesabına qarşılanır. Belə ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Daxili bazar araşdırması barədə ətraflı məlumat üçün: https://bit.ly/3DUJGHU.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►