“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

1 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəri    Hərrac tarixiİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2011020289Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar700 (ədəd)1,000 manat  03.11.202314%5 il (1 il –360 gün)Hər ayda (1 ay -30 gün) bir dəfə

            Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub “AzerGold” QSC Şuşa…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol İnvestisiya etmək artıq maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı!

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı! Yelo Bank-dan ilk…
►►►