Azərbaycanın tibb bazarında 30 ildən artıq təcrübə
«LABSERVIS LTD» şirkəti Azərbaycan Respublikasında diaqnostik laboratoriyalarının kompleks təchizatı və tam komplektləşdirilməsi üzrə ilk IVD (In Vitro Diagnostics) ixtisaslaşmış şirkət kimi 1991-ci ildə fəaliyyətə başlamışdır.

“LABSERVIS LTD” şirkətinin direktoru
Şirkət 30 ildən artıqdır ki, Azərbaycan tibb bazarını diaqnostik laboratoriyaların təşkili, onların avtomatlaşdırılması, rəqəmsallaşdırılması və laboratoriya tədqiqatlarının keyfiyyətinə nəzarət sahəsində ən müasir və qabaqcıl texnologiyalarla təmin edir.
Müştərilərimizin və uzunmüddətli tərəfdaşlarımızın siyahısına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aparıcı dövlət qurumları daxildir, o cümlədən şirkətimiz bir sıra özəl tibb mərkəzlərin formalaşdığı və təşkil olunduğu günündən, bu mərkəzlərin laboratoriyalarını yaratmışdır.
Fəaliyyət göstərdiyimiz müddət ərzində şirkətimiz bir çox mühüm dövlət layihələrini, bunlar arasında Səhiyyə Nazirliyinin Mərkəzi Referens Laboratoriyasının yaradılması, talassemiyanın skrininqinə dair bütün ölkə üzrə laboratoriyalar şəbəkəsinin təşkili, sümük iliyinin transplantasiyası üçün genetik uyğunluğun diaqnostik laboratoriyalarının yaradılması, vərəmin diaqnostikası üçün milli istinad laboratoriyalarını və bir sıra digər milli layihələri həyata keçirmişdir.
Bu cür irimiqyaslı və uzunmüddətli layihələrin həyata keçirilməsi prosesində “LABSERVIS LTD” şirkəti daimi xarici tərəfdaşlarımız olan və ölkəmizdə rəsmi distributor kimi təmsil etdiyimiz Roche Diagnostics (İsveçrə), Bio-Rad (ABŞ), Human GmbH (Almaniya), R-Biopharm AG (Almaniya), Diagon (Macarıstan), Greiner Bio-One (Avstriya) və bir sıra digər dünyada tanınmış istehsalçıların müasir texnologiyalarına arxalanır.
Bu il biz daha bir böyük transmilli istehsalçı Horiba (Yaponiya) şirkəti ilə müqavilə imzalayaraq, onun da məhsullarını bu sərgidə təqdim edərək nümayiş etdirəcəyik.
Bu sərgidə şirkətimiz həyata keçirilən analizlərin nəticələrinə insan amilinin təsirini demək olar ki, sıfıra endirməyə imkan verən, laborator muayinələrin tam avtomatlaşdırılması sahəsində müasir nailiyyətlər təqdim edəcək. Bu texnologiyaların tətbiqi aparılan analizlərin sürətini və həcmini artırmaqla yanaşı, minimum sayda işçi qüvvəsindən istifadə etməklə bu tədqiqatların dəqiqliyini və vaxtında icra olunmasını təmin edəcəkdir. Bu da öz növbəsində laboratoriyaların daimi xərclərini aşağı salaraq, ölkəmizin vətəndaşları üçün aparılan analizlərin son dəyərini azaldacaq.
Sərgidə iştirakımızın əsas məqsədi – potensial tərəfdaşlarımızı laboratoriya diaqnostikası sahəsində ən son nailiyyətlərlə tanış etməkdir. Biz həm dövlət təşkilatları, həm də özəl şirkətlər və onların laboratoriyalarını inkişaf etdirməkdə maraqlı olan həkimlərlə bu sahədə istənilən layihəni müzakirə etməyə hazırıq.
Şirkətimiz uzun illərdir ki, ölkəmizdə müxtəlif mövzularda çoxprofilli sərgilər keçirən Caspian Event Organisers şirkəti ilə əməkdaşlıq edir. İstənilən sənayenin inkişafında sərginin əhəmiyyəti çox yüksəkdir. Sərgi unikal platformadır ki, onun çərçivəsində siz nəinki geniş spektrli təşkilatları və ölkə vətəndaşlarını müəyyən bir sahədə ən son texnologiyalar və nailiyyətlərlə tanış edə bilərsiniz, həm də alıcılar və digər maraqlı tərəflərlə şəxsi B2B görüşlər keçirə, fikirlərini öyrənə, bu və ya digər inkişaf sahəsinə baxışları, yeni tərəfdaşlar əldə edə bilərsiniz.
CEO hər zaman belə tədbirləri ən yüksək səviyyədə keçirdiyinə görə, təşkilatçılara əməkdaşlıq platforması və şirkətimizin ölkəmizdə laboratoriya diaqnostikasının daha da inkişafına töhfə verməsi imkanı yaratdıqlarına görə təşəkkür edirik.
Sonda sərginin bütün iştirakçılarına uğurlar arzulamaq istəyirik.