Tibbi laboratoriya avadanlıqları üçün maraqlı təkliflər

Üçüncü ildir ki, “ASMEDİCAL” şirkəti xüsusi proqram təminatından istifadə edərək, tibbi laboratoriyaların yaradılması, təşkili və təchiz edilməsi üzərində işləyir. Laboratoriya avadanlığı, laboratoriyada istifadə olunan kimyəvi maddələr və sərf materialları sahəsində fəaliyyətimiz gündən-günə genişlənir.

Jalə Məmmədova
“ASMEDİCAL” şirkətinin satış və marketinq direktoru

Bununla yanaşı, “ASMEDİCAL” ISO 9001-2000 keyfiyyətin idarə edilməsi sistemi proqramına daxil olmuşdur. Qısa müddət ərzində şirkət bir çox xarici istehsal şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəliyini əldə etməyə nail olub. Onların arasında Amerikanın “BD”, Çinin “Dirui” və “Lifotronic”, Almaniyanın “Virion/Serion”, İngiltərənin “Rapid Labs”, Türkiyənin “Kbudek”, həmçinin Türkiyənin PCR testləri istehsalçısı olan “Anatolia geneworks” şirkətlərini göstərmək olar.

Şirkətin bütün məhsulları ən yüksək dünya standartlarına cavab verir və tam avtomatlaşdırılmışdır. Şirkətin xaricdə təlim keçmiş mütəxəssisləri məhsullarımızın alıcılarına məhsul ilə işləmək qaydasını öyrədir, texniki şöbə isə bütün avadanlıqlara texniki xidmət göstərir.

Bu gün sərgidə əməkdaşlıq etdiyimiz şirkətlərin avadanlıqlarını nümayiş etdiririk. Onların arasında analoji avadanlıqların istehsalında dünya lideri olan Çinin “Dirui” şirkətinin hibrid sidik analizatoru FUS-2000, digər tərəfdaşlarımızın hematoloji və biokimyəvi avadanlıqları var.

Ümumiyyətlə, düşünürəm ki, “Medinex Azerbaijan” sərgisində şirkətlərin iştirakı çox vacibdir. Biz yalnız məhsul və avadanlıqlarla vizual olaraq tanış olmuruq, həm də bizi maraqlandıran şirkətlərin satış menecerləri və rəhbərləri ilə məsləhətləşirik. Bu çox vacibdir, çünki gündəlik həyatda təəssüf ki, bu və ya digər dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə görüşmək həmişə mümkün olmur. Sərgi bizə görüş təyin etmədən onlarla söhbət etmək imkanı verir. Stendimizdə təmsil etdiyimiz şirkətlərin rəhbərləri də iştirak edir və onlar, necə deyərlər, birinci əldən məlumat verməyə hazırdırlar. Bir çox tanınmış klinikaların mütəxəssisləri artıq stendimizə baş çəkmiş, avadanlıqlarla tanış olmuşdur.

Əminəm ki, “Medinex Azərbaycan” sərgisi tibbi avadanlıq bazarında irəliləyişimizə əhəmiyyətli təsir göstərəcək!

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►
Sağlamlıq / Gözəllik

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı Yelo Bank-ın artıq üçüncü ildir ki…
►►►