Azərbaycanın biznes nümayəndə heyəti Saratov vilayətinə səfər edəcək

22-23 noyabr tarixlərində Azərbaycandan olan biznes-missiya Rusiya Federasiyasının Saratov vilayətinə səfər edəcək.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı regionun İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, səfərin məqsədi Saratov sahibkarları ilə qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq və ixrac müqavilələrinin bağlanmasıdır.

Tədbirin proqramına Azərbaycan şirkətləri ilə Azərbaycan bazarına məhsul ixrac etməkdə maraqlı olan Saratov müəssisələrinin nümayəndələri arasında B2B danışıqları daxildir.

Səfər çərçivəsində potensialla tanış olmaq və əməkdaşlığın təfərrüatlarını müzakirə etmək məqsədilə Saratov müəssisələrinin istehsal sahələrinə səfərlər təşkil olunacaq.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►