“AzerGold” QSC yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb

Yarandığı gündən qabaqcıl beynəlxalq təcrübə və müasir korporativ idarəetmə tələbləri çərçivəsində fəaliyyətini təşkil edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu sahədə davamlı olaraq səmərəliliyin artırılması məqsədilə təkmilləşdirmə işlərini uğurla davam etdirir. Ötən dövr ərzində bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, Səhmdar Cəmiyyətin yeni korporativ idarəetmə standartları hazırlanıb və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurası tərəfindən təsdiq edilib.

“AzerGold” QSC-nin fəaliyyətində və idarəetməsində rəhbər tutulması məqsədilə təsdiq edilən yeni Standartlar milli qanunvericilik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri” və “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə Qaydaları”, eləcə də ölkə daxilində və dünyada təşəkkül tapmış qabaqcıl korporativ idarəetmə təcrübələri əsasında hazırlanıb.

Korporativ idarəetmə standartları QSC-nin fəaliyyətində əsas prinsip və məqsədləri müəyyənləşdirir, dayanıqlı inkişaf, səmərəlilik, operativlik və şəffaflığa əsaslanır. Belə ki, AİH tərəfindən fəaliyyətin qiymətləndirilməsi zamanı yeni Standartların tələbləri nəzərə alınacaq, bu məqsədlə QSC-də monitorinqlər aparılacaq, nəticəsi barədə Müşahidə Şurasına hesabat veriləcək. Eyni zamanda, hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilərək, QSC-nin illik hesabatlarına daxil edilməklə dərc olunacaq.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►