Bakıda Şimali Kipr Türk Respublikasının elan edilməsinin 40-cı ildönümü münasibətilə rəsmi ziyafət keçirilib

Bakıda Şimali Kipr Türk Respublikasının elan edilməsinin 40-cı ildönümü münasibətilə rəsmi ziyafət verilib. Tədbirdə Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları, siyasətçilər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ziyafətdə çıxış edən Ufuk Turqaner söyləyib ki, türk milləti əsarətə, işğala heç bir zaman boyun əyməyib: “Bizim mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür. Məruz qaldığımız bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır. Ana vətənimiz Türkiyədən aldığımız dəstəklə mübarizəmiz bu gün də davam edir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla Şimali Kipr Türk Respublikasının arasındakı münasibətlərindən bəhs edib və münasibətlərin inkişafını vurğulayıb.
Tədbir klassik musiqi və şam yeməyi ilə davam edib.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►