Təbrizin məşhur “Dalğa” qrupu Bakıda konsert proqramı ilə çıxış edib

Dekabrın 4-ü Heydər Əliyev Sarayında  Təbrizin məşhur  “Dalğa” musiqi qrupunun konserti keçirilib.
“Dalğa”  Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən tanınmış aşıq qrupudu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. 1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib.Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Bakıda rupun dəfələrlə konsertləri olub.

“Təbrizin səsi” adlandırılan gecədə  tamaşaçılarla yanaşı, Milli Məclisin üzvləri, elm adamları, şairlər və yazıçılar iştirak ediblər. Akademik Nizami Cəfərov, professor Misir Mərdanov, deputat Sabir Rüstəmxanlı çıxış edərək aşıq musiqisinin fəlsəfəsindən söz açıblar.

Bu dəfəki konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələrək aşıq musiqisini sevənlərə əsl bayram ovqatı yaşadıblar. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Vadud Muazzin səhnəyə çıxıblar.

Quzeyli aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov,  Anar Şuşalı və digər sənətçilər konsertdə Çingiz Mehdipurun bəstələrini ifa ediblər. Çingiz Mehdipurun  tarda “Yanıq kərəm”in solo ifası hamının zövgünə oxşayıb. Köhnə, sevilən ifaları ilə yanaşı konsertdə tamaşaçılara yeni mahnılar təqdim olunub. Konsert böyük anşlaqla keçib.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►