Çin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub

Səfər çərçivəsində Çin nümayəndə heyəti Azərbaycanda bir çox dövlət və özəl qurumlarının təmsilçiləri ilə görüşlər keçirib, istehsal müəssisələrini ziyarət edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin cari ilin sentyabr ayında Çin Xalq Respublikasına səfəri çərçivəsində Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” şirkətinin nümayəndələri ilə keçirilən görüşünün davamı olaraq,  İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə şirkət nümayəndələri Azərbaycana səfər edib.

Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərində təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi, əməkdaşlıq edilən Azərbaycan şirkətlərinin sayının artırılması, o cümlədən ölkə bazarının imkanlarının araşdırılması məqsədilə edilən səfər çərçivəsində şirkətin İdarə Heyətinin sədri Vanq Veiveyin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, SOCAR, “SOCAR Polymer”, AZPROMO və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təmsilçiləri, o cümlədən sənaye parklarının rezidentləri ilə görüşlər keçirib.

Bununla yanaşı, nümayəndə heyəti ölkənin müxtəlif regionlarında kimya, kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən neft emalı, qida və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub, tərəfdaşlıq perspektivlərini müzakirə ediblər. “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” şirkətinin nümayəndələri həmçinin Şamaxı şəhərində keçirilən İkinci Üzüm və Şərab Festivalında iştirak ediblər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►