Bakı Fond Birjası” QSC-nin İdarə Heyətində yeni təyinat

14 dekabr 2023-cü il tarixində “Bakı Fond Birjası“ QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilmişdir. Yığıncağın qərarına əsasən İdarə Heyətinin yeni sədri Ruslan Xəlilov təyin olunmuşdur. O öz səlahiyyətlərinin icrasına 2024-cü ilin yanvar ayından başlayacaqdır.

“Bakı Fond Birjası“nın Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov isə  İdarə Heyətinin üzvləri seçilmişlər.

İdarə Heyətinin hər üç üzvü, mərkəz ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar  sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►
İqtisadiyyat / Biznes

“Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama “Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard”…
►►►