“Qış Nağılı” kulinariya müsabiqəsi başladı

Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda maraqlı və rəngarəng “Qış Nağılı” adlı müsabiqə başlayıb. Bu müsabiqə çərçivəsində qrup iştirakçıları 4 həftə ərzində müxtəlif tapşırıqları yerinə yetirib dəyərli hədiyyələr uğrunda mübarizə aparacaqlar. Müsabiqənin əsas məqsədi qış mövsümündə hazırlanan yeməkləri xatırlatmaq, faydalı və maraqlı ideyalarla bölüşüb əyləncəli vaxt keçirməkdir.

“Köhnə ilin son 2 və yeni ilin ilk 2 həftəsi qrup iştirakçılarını çox maraqlı yarışma gözləyir. Əminəm ki, bu müsabiqə də digərləri kimi ilk növbədə öz faydalılığı, daha sonra isə maraqlı və əyləncəli olmağı ilə seçiləcək. 4 həftə ərzində əsl qış yeməkləri də bişirəcəyik, qar kimi dümağ desertlər də, un məmulatları da hazırlayacağıq, hələ bir dünya mətbəxinin qış yeməklərini də araşdırıb bişirəcəyik. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə bu müsabiqə üçün yeməklər hazırlayıb iştirakçılara dəstək olacağam”, – deyə qrupun admini, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb.

“Qış Nağılı” müsabiqəsinə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda artıq paylaşılıb.

Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir. Sponsorlar “Ecoshop 274” və “Porto Pizza”dır.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri, faydalı rubrikaları və ən əsası qrup daxili mehriban münasibətləri ilə məşhurdur.

Əlaqədar məqalələr
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►