“Komedixana” layihəsinin “Qar topu” solo konserti baş tutdu

Maraqlı obrazları və gülməli səhnəcikləri ilə uşaqdan böyüyə hər kəsin sevimlisinə çevrilən​ Komedixana layihəsinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hazırladığı “Qartopu” adlı ikinci solo konserti baş tutdu. Tədbir 19, 20, 21  dekabrda Heydər Əliyev Sarayında keçirildi.

Üç gün ərzində konserti izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simalarıda yer aldı.
Konsertdə ” Həkim” , “Moskva reysi” ,”Qohumlar yasda” səhnəciklər təqdim olundu.
Hind filmlərinə parodiya gecəyə xüsusi rəng qatdı.

“Komedixana” — 2019-cu ildən Azərbaycanın Xəzər TV kanalında yayımlanan komediya verilişidi. “ Komediyaxana”da müxtəllif rollarda Ənvər Abbasov, Xəyalə Quliyeva, Həsrət Həsrətov, Mələk Kazımova, Nicat Rəhimov, Cavidan Novruz, İlkin Misgərli, Zarina Qurbanova, Müşfiq Şahverdiyev, Gülzar Əşrəfova və Mənsur Şərif iştirak edirlər.

Konsert büyük anşlaqla keçdi və hamının zövgünə oxşadı. Tamaşaçılar sevimli aktyorlarla köhnə ili gülə-gülə yola salıb, təzə ili təbəssümlə qarşıladılar.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►