“Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında ikinci dəfə keçirilən “Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Fonddan verilən məlumata görə, görüşdə SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb. Bildirilib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 110 layihəyə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayrılıb.

Müsabiqə komissiyasının qərarına əsasən, sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələri üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Rabitəbank” ASC-nin nümayəndəsi Səbuhi Əzizxanlı, 2-ci yerə “Bank Respublika” ASC-nin nümayəndəsi Rəhim Rəhimov, 3-cü yerə “Kapital Bank” ASC-nin nümayəndəsi Səbuhi Yusifzadə layiq görülüb.

Əlaqədar məqalələr
City Life

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb 2026-cı ilin ilk altı…
►►►
City Life

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi…
►►►
City Life

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı Azercell-in…
►►►