“International” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International” BOKT ASC-nin ümumi ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan AZ2009021026 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

15 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “International” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2009021026Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar1,000 (ədəd)1,000 manat13%18 ayhər 90 gündən bir

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.