ABŞ-da 10 illik danışıqlardan sonra ilk dəfə “Bitcoin ETF”-lərə icazə verildi.
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) birbaşa “Bitcoin”-ə investisiya edən 11 birja fondunun (ETF) fəaliyyətə başlamasını təsdiqləyib. Ekspertlər bu hadisəni rəqəmsal aktivlər sektoru üçün əlamətdar hadisə olacağını və həm ənənəvi ABŞ maliyyə bazarına, həmdə beynəlxalq maliyyə bazarlarına ən böyük kriptovalyuta üçün çıxış imkanı yaradağını proqnoz edirlər.

“SEC”, “BlacrRock” və “Fidelity Investments” daxil olmaqla, bütün namizəd şirkətlərin fondlarına yanvarın 11-dən Nyu-York Fond Birjası (NYSE), “NASDAQ” və Çikaqo Opsionlar Birjasında (CBOE) səhmlərinin ticarətinə başlamağa icazə verdi.
Qərar “SEC”-in “X” (əvvəllər Twitter) hesabında agentliyin “ETF”-ləri təsdiqlədiyinə dair yanlış mesaj yerləşdirməsindən bir gün sonra verilib. Məlumatın dərc olunmasından bir neçə dəqiqə sonra tənzimləyici qurum hesabına kənardan müdaxilə olunduğunu bildirdi. Bu, hər bir bəyanata kəskin sıçrayışlarla reaksiya verən “Bitcoin” məzənnəsində kəskin dalğalanmalara səbəb oldu.
Tənzimləyici qurum on ildən çoxdur ki, “Bitcoin”-nın spot qiymətini izləyən “ETF”-lərin işə salınmasına icazə vermir. İlk belə fondu yaratmaq barədə qərarı hal-hazırda “Gemini” kriptovalyuta birjasının sahibləri olan Tayler və Cameron Vinklevoss əkiz qardaşlar 2013-cü ildə vermişdilər. 2023-cü ilin iyun ayında dünyanın ən böyük idarəetmə şirkəti “BlackRock” “Bitcoin ETF”-ni qeydiyyata almaq üçün müraciət etmişdi.
“Bitcoin” fondlarının lehinə qərar “Grayscale Investments” şirkətinin məhkəmədə “SEC” üzərində qələbə qazandıqdan sonra çıxdı. Federal apellyasiya məhkəməsi, “SEC”-in “Grayscale”-in mövcud “Bitcoin” trastını tam hüquqlu “ETF”-yə çevirmək müraciətini rədd etməsi ləğv etdi. Məhkəmə rədd cavabını “ixtiyari və şıltaq” adlandırdı, çünki “SEC” spot fondları qadağan etmək üçün inandırıcı arqumentlər səsləndirə bilmədi. 2021-ci ildə “SEC” investorlara “Bitcoin” fyuçersləri haqqında spekulyasiya etməyə imkan verən bir neçə “ETF”-ni təsdiqlədi, lakin belə “ETF”-lərin səhmlərinin “Bitcoin” bazarına birbaşa təsiri yoxdur.
SEC sədri Qari Qensler ictimaiyyətə verdiyi açıqlamasında vurğulayıb ki, “Grayscale” işi tənzimləyicinin ritorikasını dəyişdirmək üçün dönüş nöqtəsi olub. Bununla belə, agentlik hələ də “Bitcoin-ın özünü dəstəkləmir”. Qenslerin fikrincə, investorlar “Bitcoin və dəyəri kriptovalyuta ilə əlaqəli məhsullarla bağlı çoxsaylı risklərlə bağlı” ehtiyatlı olmalıdırlar.
“Bugünki qərar, ümumiyyətlə federal qiymətli kağızlar qanunlarına uyğun gəlməyən və tez-tez maraqlar toqquşmasına səbəb olan kriptovalyuta ticarət platformalarını və ya vasitəçiləri dəstəkləmir” – deyə Qansler bildirib.
“Bitcoin” qiyməti “ETF”-nin təsdiqlənməsi ilə bağlı xəbərlərə cüzi enişlə reaksiya verdi. Kapitallaşmaya görə ikinci kriptovalyuta olan “Ethereum”-un (ETH) qiyməti, əksinə, ETF-lər ilə bağlı müsbət qərar fonunda artdı və 2022-ci ilin yazından bəri ilk dəfə olaraq 2500$-a çatdı. Qeyd edək ki, spot “Ethereum ETF”-lər üçün müraciətlərə 2023-cü ilin noyabr ayından etibarən SEC-də baxılır.