Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib

12, 13 və 14 fevral özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman Bakıda, Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

Tanınmış müğənninin canlı ifaları, rəqs  perfomansları , işıq, səs effektləri və musiqiçilərin peşəkar müşayiəti konsertə gələnlərə əsl musiqi bayramı yaşatdı. Tamaşaçılar demək olar ki, bütün mahnıları sevilən müğənni ilə birgə ifa etdilər.

Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini dedi: “Azərbaycanı və Bakını çox sevirəm. Bura tez- tez gəlirəm, həm konsert proqramları ilə, həm gəzmək ücün”.

İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasında -“Yalançı şahidim”, “Senden sonra”,  “Bana sen lazımsın”, “Ömrümün sahibi”, “Beni aff edermisin”,” Gönül yarası”, “Seni seviyorum” və s. Konsertdə yeni “Yarim, yarim” mahnının premyerasıda baş tutdu. Sevilən müğənni Azərbaycan klassik estradasının şedevr əsərlərindən olan, Rəşid Behbudovun oxuduğu “Yalqızam yalqız ” mahnısını ifa etdi.
Konsertdə sənətçi iki gənc istedadlı müğənni ilə – Mina Hüseyn və Elnurla duet oxudu.

Rafet El Romanın bütün ifaları gurultulu alqışlarla qarşılandı və konsert böyük anşlaqla keçdi.
Qeyd edək ki, konsertin təşkilatçısı EMKI Production olub.

Günel Həsənova
Foto Ramin Aslanov

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►