Alexander Rybak ilk dəfə Bakıda

Məşhur Fairytale mahnısı ilə dünyada tanınan Alexander Rybak ilk dəfə olaraq Bakıda Heydər Əliyev Sarayında çıxış edəcək.

O, “Fairytale” mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil edərək 387 balla ölkəyə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun “Fairytales” adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil olmuş, Rusiya və Norveçdə isə birinci yerdə qərarlaşmışdır.

Tədbirdə Aleksandr Rıbak ilə birlikdə Azərbaycanın Əməkdar Artisti Səbinə Babayeva da çıxış edəcək. O 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında “When the Music Dies” mahnısını ifa edib. Müsabiqənin səsvermə mərasimində Səbinə Babayeva 150 bal toplayaraq 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkədən gəlmiş iştirakçı arasında 4-cü yeri qazanmışdır.

Aleksandr Rıbak 22 nəfərlik heyətlə və onun dostları Səbinə Babayeva, Venom Cello, Violin orkestrı ilə birlikdə unudulmaz bir konsert həyata keçirəcək. Hamınızı möhtəşəm bir konsert anısı yaşamağa dəvət edirik.
Biletləri itickets.az saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►