“Apatiya” filminin qala gecəsi baş tutub

Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi “Apatiya” filmini ictimaiyyətə təqdim etdi.  Yaş  həddi +18 olan, 500-600 nəfərin iştirak etdiyi filmin qala gecəsi “Flame Towers”də, park sinemada izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu.

Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “Apatiya” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olan yeganə filmdir. Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

Bu dram, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur. Bir ailənin faciəsindən bəhs edən bu film şəraitsiz evdə sevgisiz böyüyən Akifin həyatına işıq tutur. Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir. Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►