Nuradan “Sevgililər günü” hədiyyəsi!

Müğənni Nura Suri Sevgililər günü ərəfəsində “Sevgimiz dənizdir” adlı klipi üçün təqdimat mərasimi keçirib. Sənətçi “CinemaPlus”da media nümayəndələrini başına yığaraq həm onların suallarını cavablandırıb, həm də klipi onlarla birgə seyr edib. Nura söz və musiqisi Saybuya aid mahnı üçün Xəyal Səlimovun kamerası qarşısına keçib.

Klipdə onun tərəf müqabili aktyor Rüfət Nəzər olub. Sənətçilər iki sevgilini canlandırıblar. Fotosessiyanı isə fotoqraf Kamran Ağayev lentə alıb.

Nura Suri klipin çekilişlərindən söz açdı: “Klip bir günə çəkilib. Bütün çətinliyimiz o idi ki, bizə soyuq idi. Bütün çəkiliş heyəti, içi biz qarışıq donduq soyuqdan. Çəkilişlər Xətaidə yerləşən “Amay” ticarət mərkəzinin fəaliyyət göstərməyən bir hissəsində oldu. Ora həddən artıq çirkli, uçuq-sökük vəziyyətdə idi. Həmin yeri abıra salmaq üçün komanda özü xeyli iş gördü. Divarlarından, döşəmədən tutmuş pəncərələrə qədər təmizlik işləri görüldü ki, səliqəli görüntü əldə edək. Hamının əynində ən azından gödəkçəsi, tərəf müqabilim Rüfətin isə əynində kostyumu var idi. Mən isə tək bir libasda idim. Təsəvvür edin ki, məkan çöldən daha soyuq idi”.

Qeyd edək ki, Nura Surinin “Sevgimiz dənizdir” adlı mahnısı artıq bütün rəqəmsal musiqi platformalarında, klipi isə müğənninin rəsmi “YouTube” kanalında yayımdadır, 16 fevraldan isə bütün dijital platformalarda yerini alacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►