“Lohusa” Türk komediyası“CinemaPlus”da

Fevralın 15-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Lohusa” Türk komediyasının nümayişi başlayır. Filmin rejissoru Kıvanç Baruönüdür. Baş rolları Gupse Özay, Onur Gürçay və Hazal Türesan canlandırıblar.

Məşhur komediya aktrisası Gupse Özay balaca övladı ilə yeni həyata uyğunlaşmağa çalışan gənc ana rolunu oynayır. Aktrisa özü də bu yaxınlarda ana oldu, ona görə də bütün duyğular və çətinliklər onun üçün çox tanış idi.

Film haqqında qısaca: Burcu və Onur uşaq sahibi olacaqları günü həyəcanla gözləyən evli cütlükdür. Hamiləliyi boyunca doğuşdan sonra onu gözləyən həyatla bağlı deyilənlərə əhəmiyyət verməyən Burcu, doğum sonrası depressiyaya düşməyəcəyinə əmindir. Ancaq doğuşdan sonra körpəsinə tək baxması, yuxusuz qalması, hormonlarının dəyişməsi onun tamam başqa reallıqlarla üzləşməsinə və gülməli hadisələrlə qarşılaşmasına səbəb olur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

“AzerGold” QSC vətəndaşları saxta investisiya....

“AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə…
►►►
City Life

“CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır

“CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema…
►►►
City Life

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası…
►►►