AccessBank Azərikard Prosessinq Mərkəzinə miqrasiya edib.

AccessBank müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə Azərikard Prosessinq Mərkəzinə keçid etdi.

Müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün AccessBank-ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilmişdir.

Prosessinq mərkəzinə miqrasiya nəticəsində AccessBank müştəriləri yeni imkanlardan yararlana biləcəklər. Bunların sırasına Apple Pay, Google Pay kimi qlobal alətlər, həmçinin Azərikard-ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu 27 oktyabr 2025-ci il tarixində Özgür…
►►►
Elm / Texnologiya

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisini keçirib

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisini keçirib 25…
►►►
Elm / Texnologiya

“PassiveNeuron”un qayıdışı

“PassiveNeuron”un qayıdışı: təcavüzkarlar müxtəlif ölkələrdə iri təşkilatların…
►►►