Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN koduAZ2082008684
Emissiya həcmi50,000,000 manat
Nominal qiyməti1,000 manat
Hərrac qiyməti1,000 manat
İstiqrazların tədavül müddəti7200 gün
Faiz dərəcəsi3,25 %
Faiz gəlirinin ödəniş müddəti180 gündən bir (6 aydan bir)
Anderrayter“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AZPROMO Astanada bir sıra sənədlər imzalayıb

AZPROMO Astanada bir sıra sənədlər imzalayıb Sənədlər investisiya və sənaye…
►►►
İqtisadiyyat / Biznes

AZPROMO Qazaxıstanda görüşlər keçirib

AZPROMO Qazaxıstanda görüşlər keçirib Görüşlərdə əməkdaşlıq imkanları…
►►►
İqtisadiyyat / Biznes

Müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir Unibank KB…
►►►